Rusiya hökuməti uşaqları daşıyan avtobuslarla bağlı əlavə tələbləri təsdiqləyib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, müvafiq sənəd Nazirlər Kabinetinin saytında dərc olunub. Sənədə əsasən, 2018-ci il iyulun 1-dən etibarən "uşaqlar" xüsusi işarəsinə malik olan avtobuslar sarı və ya narıncı rənglə işıqlandırılan əyləclərlə təchiz ediləcəklər və əyləc uşaq aparılarkən mütləq şəkildə işlək vəziyyətdə olmalıdır.
Bundan başqa sənədə əsasən sözügedən avtobusları yalnız "D" kateqoriyasına və bir illik iş təcrübəsinə malik olacaq sürücülərin idarə etməsinə icazə veriləcək.
Bu, eyni zamanda sənədlərin verilməsi prosedurunu da asanlaşdıracaq.

Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB