Qusarda və Hacıqabulda növbəti ağacəkmə kampaniyası keçirilib

Qusarda və Hacıqabulda növbəti ağacəkmə kampaniyası keçirilib

YAP Qusar rayon təşkilatının və rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə "700 min ağac əkək" devizi altında növbəti ağacəkmə kampaniyası keçirilib.

Rayonun "Şuduğ" adlanan sahəsində keçirilən aksiyada bu dəfə Mədəniyyət İşçiləri ərazi ilk partiya təşkilatının üzvləri iştirak edib.

Həmin gün aksiya iştirakçıları 400-dən çox qoz və albalı tinglərini əkiblər.

Tədbirin planına uyğun olaraq ağacəkmə kampaniyası, mütəmadi olaraq, rayon mərkəzində və bütün yaşayış məntəqələrində meyvə və dekorativ ağacların əkilməsi ilə 2018-ci ilin may ayına qədər davam etdiriləcək.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatı "700 min ağac əkək" kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib. Sabirabad rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə keçirilən aksiyada rayon ərazisində 1000 ədəd ağac əkilib.

Aksiyada YAP Hacıqabul rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə