Ötən günlər ərzində hava şəraitinin yağıntılı keçməsi nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 160-260, Lənkəran-Astara bölgəsi çaylarında 130-150, Naxçıvan MR çaylarında isə 230 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 223 m3/s olmaqla ongünlük normanın 153 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 67.5 m3/s təşkil edərək ongünlük normanın 93 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 9, Bankədə 7 sm artım, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 398 m (2016-cı il dekabrın 25-də 481 sm), Şirvanda 277 sm, (2016-cı il dekabrın 25-də 401 sm), Salyanda 232 sm (2016-cı il dekabrın 25-də 347 sm), Bankədə 211 sm (2016-cı il dekabrın 25-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 148 sm (2016-cı il dekabrın 25-də 203 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB