Azərbaycanlı alim TERENA Baş Assambleyasının 34-cü toplantısında iştirak edəcək
Oktyabrın 19-21-də Lüksemburq şəhərində TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 34-cü toplantısı keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edəcək.
TERENA Baş Assambleyasının cari ilin iyun ayında keçirilən iclasında AMEA sözügedən transmilli qurumun tam hüquqlu üzvü seçilib. TERENA Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə, elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-telekommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən təşkilatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB