Dünyanın tanınmış ictimai xadimləri Prezidenti təbrik edirlər

Dünyanın tanınmış ictimai xadimləri Prezidenti təbrik edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə dünyanın tanınmış dövlət və ictimai xadimləri təbrik edirlər. SİA təbrik məktublarının bir qismini təqdim edir:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçdan

Zati-aliləri, əziz dostum.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizə həyatınızın bütün sahələrində şəxsi rifah, xoşbəxtlik və tərəqqi arzulayıram.

Sizi tanımağımdan, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərini inkişaf etdirmək istiqamətində Sizinlə işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da intensiv şəkildə davam etməsini arzulayıram.

Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Moldova Respublikasının Baş naziri Pavel Filipdən

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı bildirirəm. Ümidvaram ki, bu xüsusi məqam Sizə, Sizin gözəl ailənizə və Azərbaycan xalqına yalnız sevinc bəxş edəcək.

Ölkənizə Sizin bu cür uzaqgörənliklə və fədakarlıqla rəhbərlik etməyinizə heyranam. Sizin rəhbər tutduğunuz dəyərlər həm mürəkkəb dövrlərdə, həm də sülh şəraitində uğur qazanmağa və Azərbaycan xalqını istiqamətləndirməyə imkan verir.

Fürsətdən istifadə edib Sizə və ailənizə yeni ildə xoş bayram əhval-ruhiyyəsi və uğurlar diləyirəm.

Zati-aliləri, Sizə dərin hörmətimizə əmin olmağınızı xahiş edirəm.

Fransa Milli Assambleyasının keçmiş üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manseldən

Zati-aliləri, cənab Prezident.

Doğum gününüz münasibətilə Azərbaycanın Dostları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Azərbaycanın inkişafı naminə səmərəli fəaliyyətinizin uzunmüddətli olmasını diləyirik. Sizi sədaqətlə dəstəkləməyə davam edəcək, Azərbaycan və Fransa arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni səylər göstərəcəyik.

Zati-aliləri, ən xoş arzularımızı qəbul etməyinizi və Sizə yüksək ehtiramımızdan əmin olmanızı xahiş edirəm.

Ad gününüz mübarək.

Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylovdan, Baş direktorun birinci müavini Mixail Qusmandan

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

İcazə verin, bu xoş münasibətlə Sizə - peşəkarlığı və məqsədyönlülüyü, məsələnin mahiyyətinə dərindən nüfuz etməsi, insanları dinləmək və duymaq bacarığı sayəsində haqlı olaraq nüfuz və hörmət qazanmış insana ən xoş arzularımızı çatdıraq. Sizə möhkəm cansağlığı, nikbinlik və quruculuq enerjisi, nəzərdə tutduğunuz möhtəşəm planların uğurla həyata keçməsini diləyirik.

Hörmətli İlham Heydər oğlu, Sizə və doğmalarınıza xoşbəxtlik və firavanlıq, ad gününüzdə xoş əhval-ruhiyyə arzu edirik. Qoy, Sizin Azərbaycan Respublikası və xalqlarımızın dostluğu naminə səyləriniz bundan sonra da səmərəli nəticələr versin.

Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovadan

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və yaxınlarınıza uzun ömür, xoşbəxtlik, möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni zəfərlər arzu edirəm.

Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovdan

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən səmərəli dövləti fəaliyyətinizin davamlı olmağını, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunda yeni uğurlar arzu edirəm.

Sizə bir daha səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq diləyirəm.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və həmişəki coşqun fəaliyyətinizdə uğurlar arzulayırıq.

Türkdilli xalqların mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində əldə olunmuş uğurlarda Sizin böyük xidmətiniz vardır. Sizin təşəbbüsünüzlə qurulan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlılığın güclənməsinə verdiyiniz töhfə türkdilli xalqların birliyi üçün yüksək əhəmiyyət kəsb edir. Cari ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunması İslam ölkələri, o cümlədən Fondun üzv ölkələri arasındakı dostluq və faydalı əməkdaşlıq əlaqələrinin daimi inkişafının göstəricisidir.

Əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz ilə həyata keçiriləcək məqsədyönlü daxili və xarici siyasət Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının sürətli inkişafına, tərəqqisinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, xalqın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurovdan

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, böyük həyat enerjisi, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm. Əminəm ki, Sizə xas olan yüksək peşəkarlıq və işinizə sədaqət keyfiyyətləri Vətən naminə nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyə imkan verəcək.

Sizə və ailənizə xoşbəxtlik, xoş günlər və firavanlıq arzu edirəm.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan

Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, bütün təşəbbüslərinizdə müvəffəqiyyət və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycanın davamlı tərəqqisi və rifahı naminə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə möhkəm sabitliyin və dinamik inkişafın, reallaşdırılan irimiqyaslı layihələr və mötəbər tədbirlər sayəsində respublikanızın beynəlxalq səviyyədə artan nüfuzunun şahidiyik.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə hərtərəfli dəstəyinizə və türkdilli dövlətlərin arasında sürətlə inkişaf edən əməkdaşlığa mühüm töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirəm.

Moldova Demokratik Partiyasının sədri Vlad Plaxotnyukdan

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, Sizə və ailənizə ən xoş arzularımı bildirirəm. Sizinlə dostluğumuzu və Moldova Respublikasını daim dəstəkləməyinizi yüksək qiymətləndirirəm.

Zati-alinizin doğum günü sevinclə qeyd edilib və əminəm ki, Azərbaycan xalqı Sizi yüksək qiymətləndirir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə qarşıdan gələn yeni ildə bayram əhval-ruhiyyəsi, könül xoşluğu, bol həyat enerjisi, uğurlar və firavanlıq arzu edirəm.

Əminəm ki, 2018-ci ildə bizim əməkdaşlığımız yüksək səviyyəyə çatacaq və ölkələrimizin xalqlarına fayda verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə