Ağcabədidə "700 min ağac əkək" kampaniyası uğurla davam edir

Ağcabədidə "700 min ağac əkək" kampaniyası uğurla davam edir

Cari ilin noyabr ayından başlayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə "700 min ağac əkək" kampaniyası çərçivəsində Ağcabədi rayonunda ağacəkmə aksiyası uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, növbəti ağacəkmə kampaniyası Ağcabədi-Zərdab magistral yolunun kənarında, Ağcabədi Meşə Mühafizəsi və Bərpası müəssəsinin ərazisində keçirilib.

Ağacəkmə kampaniyasında Ağcabədi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, Milli məclisin deputatı Tahir Rzayev, YAP fəalları, müəssisə və təşkilat rəhbərləri, 300 nəfərdən artıq nümayəndəsi iştirak etmişdir. İməclik zamanı 200 həmişəyaşıl, 220 tut tinqi əkilib, suvarılıb.

Həmin gün Ağcabədi rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus "4 saylı Meşələyilik" ərazisində isə 2000 Heyva, nar, alça, badam, xurma və ərik ağacları əkilib.

Bütövlükdə "700 min ağac əkək" kampaniyası çərçivəsində YAP Ağcabədi rayon təşkilatı fəallarının iştirakı ilə 9670 ağac əkilib və suvarılıb. Ağacəkmə aksiyası 2018-ci ilin may ayına qədər davam edəcəkdir.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə