"Azərbaycan sürətli addımlarla dünya dövləti olmağa davam edir. Ölkəmizin başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq ölkəmizin çiçəklənməsi üçün bütün gücünü səfərbər edərək Azərbaycanı müasir dünyanın zirvəsinə aparır. Gəminin sükanı güvənli əllərdədir və Azərbaycan yeni-yeni uğurlara imza atır". SİA-nın verdiyi məlumata görə, BMT-nin Sülh səfiri, "Respublika" qəzetinin Türkiyə təmsilçisi, YAYDER-in prezidenti, tanınmış rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadənin köşə yazarı olduğu "Anadolu" qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr etdiyi "Azerbaycan’ı dünya devleti yapmış Cumhurbaşkanı - İLHAM ALİYEV" adlı maraqlı məqaləsi bu fikirlə başlayır.
Məqalədən oxuyuruq: "İlham Əliyev dünyada çox çətin, ziddiyyətli siyasətdə ən nüfuzlu, ən müasir, ən müvəffəqiyyətli siyasətçi olaraq dünya siyasətində işıq saçır. İlham Əliyev yalnız Azərbaycanda deyil, Avropada, dünyanın siyasi dairələrində dünyagörüşünü, fikir və düşüncələrini, məntiqini, elmi və bacarığını sübuta yetirmiş bir dövlət xadimidir".
Hörmətli oxucular, Ə.Nemətzadənin Azərbaycan Prezidenti İlham Əliyev haqqında "Anadolu" qəzetində dərc olunan məqaləsinin orjinalını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB