Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibəti ilə "700 min ağac əkək" kampaniyası çərçivəsində YAP Ağdam rayon təşkilatı Bayraq Meydanı və Bayraq Muzeyi ətrafında ağacəkmə aksiyası keçirib. Aksiyada YAP Ağdam rayon təşkilatının şura üzvləri, qadınlar şurasının və gənclər birliyinin fəalları, ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.
Aksiya iştirakçıları 900 ədəd ağac əkiblər.
Növbəti ağacəkmə aksiyası 2018-ci il yanvarın 13-də keçiriləcək. Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır. Ümumilikdə, rayon üzrə 6500 ədəd ağac əkilməsi nəzərdə tutulub.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB