“Azərbaycanda sosial müdafiə sisteminin təkmilləşdirilməsi daim ön planda olub”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Parlamentdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda işsizliyə görə müavinətin verilməsi 3 dəfə artıb. “Turizm haqqında” qanunun yenidən hazırlandığını dilə gətirən komitə sədri söyləyib ki, qanun layihəsi turizmin inkişafına təsir edəcək".
H.Rəcəbli əlavə edib ki, Milli Məclisdə əlillərin sosial hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır: “Qanunun qəbulu əlillərin sosial müdafiəsini daha da yaxşılaşdıracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB