Gecə avtomobillərinizi burada saxlamayın! - DİQQƏT

Gecə avtomobillərinizi burada saxlamayın! - DİQQƏT

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq növbəti Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir. BŞH-dən SİA-ya verilən məlumata görə,Anchor indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur. Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 - 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və üzləşilən çətinlikləri anlayışla qarşılamağa çağırır.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə