"İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə" TƏDBİR - SƏS TV
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı tədbir keçirilib
Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azəbaycanlılarının Həmrəyliyi gününə və Yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rayon rəhbərliyi, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlarinın və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Səbail gənclərinin keçən il dekabr ayının 24-də təşkil etdikləri "İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə" mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq çap olunan, rayonun müxtəlif sahələrində çalışan və ali məktəblərdə təhsil alan gənclərin hazırladıqları və ölkədəki iqtisadi, siyasi, elm və mədəniyyət, idman və digər sahələrə həsr olunmuş elmi məqalələrinin toplandığı "İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə" adlı kitabın təqdimatı keçirilib.
Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezidet İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir: "Ona görə bu dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. O, Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir. Ona görə də gənclər tərəfindən ölkə başçısının fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunan məqalələrinin toplandığı bu kitabın nəşri təqdirəlayiqdir.
Eldar Əzizov ölkəmizdə əldə olunan iqtisadi uğurlardan, ötən son on il müddətində Azərbaycanın inkişafından söz açıb. O bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 3 dəfə, sənaye 3,5 dəfə artıb: "Bunun özü böyük göstəricidir. Bildiyiniz kimi ölkəmizdə işsizliyin səviyyəsi 49 faizdən 5 faizə qədər enib. Təbii ki, bütün bunlar əsası Ulu Öndər tərəfindən qoyulan və Azərbaycan Prezidenti tərəfindən yüksək səviyyədə davam etdirilən siyasət nəticəsində əldə olunub. Azərbaycan xalqı gələcəyə inamla addımlayır".
İcra başçısı 2017-cı ildə rayonda görülən işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib.
Tədbir bədii hissə ilə davam edib. Beynəlxalq Müğam Mərkəzində təşkil olunan konsertdə Azərbaycanın tanınmış incəsənət xadimlərindən xalq artistiləri Murad Hüseynov, Gülyaz Məmmədova, əməkdar artistlər Lalə Məmmədova, Rəşad İlyasov, Zakir Əliyev, populyar müğənnilər Nadir Qafarzadə, Aynur İsgəndərli, Emiliya Yaqubova, Rövşən Əziz, Ayşən Mehdiyeva, Samir Piriyev, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə və başqaları çıxış ediblər.
Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından ölkəmizin Prezidenti İlham Əliyev doğum günü münasibəti ilə təbrik edilib, ona möhkəm can sağlığı, xöşbəxtlik, Azərbaycanımızın tərəqqisi və inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB