Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək

Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçiriləcək

29 dekabr 2017-ci il tarixində Mədəniyyət və Turizim Nazirliyi, Quba rayon İcra Hakimiyyəti, “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti baş tutacaq. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, “ASANla röyalarınız gerçəkləşir” şüarı ilə baş tutan konsert proqramında əməkdar artist Röya səhnədə bir – birindən möhtəşəm mahnılarını ifa edəcək.

Qeyd edək ki, konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunur.

Giriş sərbəstdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə