YAP Abşeron rayon təşkilatı növbəti 1000 ağac əkib

YAP Abşeron rayon təşkilatı növbəti 1000 ağac əkib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Abşeron rayon təşkilatı Hökməli qəsəbəsi ətrafında növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Abşeron rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər.

Aksiyada ümumilikdə 1000 ədəd ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə