YAP fəallarıları əsgərlərlə görüş keçiriblər FOTOLAR

YAP fəallarıları əsgərlərlə görüş keçiriblər FOTOLAR

Prezidentimizin ölkəmizdə ordu quruculuğu sahəsində, ümumilikdə, silahlı qüvvələrin inkişafı istiqamətində gördüyü misilsiz xidmətləri gənclər arasında təbliğ edilməsi, onlarda vətənpərvərlik hissinin artırılması məqsədilə Yeni Azərbaycan Partiyasının Nəsimi, Nərimanov və Nizami rayon təşkilatları, ənənəvi olaraq, qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2017-ci ilin uğurla başa çatması, 2018-ci ilin gəlişi münasibətilə, cəbhə bölgəsində əsgərlərimizi ziyarət ediblər. Əsgərlərimizdə milli ruhun və döyüş əzminin yüksəldilməsi məqsədilə aprel döyüşlərinin qəhrəmanları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov və milli qəhrəman Mahir Mirzəyevin atası Sabir Mirzəyev də görüşdə iştirak ediblər.

Görüş zamanı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb və onlara bayram təbriklərini çatdırıblar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə