Aleksandr İvanov dünyasını dəyişdi

Aleksandr İvanov dünyasını dəyişdi

Bu gün səhər saatlarında Moskva şəhərində “İnterfaks-Azərbaycan” xəbər agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov beyninə qansızma nəticəsində dünyasını dəyişib. SİA-nın əməkdaşı mərhumun ailəsi ilə əlaqə saxlayıb və o fakt təsdiqlənib. Oğlunun verdiyi məlumata görə, mərhumun cənazəsi şənbə günü - dekabrın 23-də Bakıya gətiriləcək və dəfn olunacaq.

A.İvanov 1950-ci ilin iyulun 12-də Bakıda anadan olub və uzun müddət Ulu Öndər Heydər Əliyevin şəxsi cangüdəni işləyib. 2005-ci ilin avqustunda isə “İnterfaks-Azərbaycan” informasiya agentliyinə baş direktor təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə