Dövlət qayğısı mətbuatın yüksəlişində əsaslı rol oynayır - ANALIZ (LAYİHƏ)

Dövlət qayğısı mətbuatın yüksəlişində əsaslı rol oynayır - ANALIZ (LAYİHƏ)

Bu gün ölkəmizdə jurnalistikanın inkişafı üçün yaradılan münbit şərait ictimaiyyətin diqqətinin buü sahəyə hakim kəsilməsinə yol açır. Belə demək mümkündürsə, illərdir Azərbaycanda media sahəsindəki geriliklər, insanların bu sahəyə etinasız yanaşması məhz Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının sayəsində aradan qalxır. Həqiqətən də müstəqillik əldə etdikdən sonra müəyyən bir müddət Azərbaycanda müstəqil medianın formalaşması prosesi davam etdi. Sovet İttifaqının dağılmasından sonra ölkəmizdə yaranan siyasi situasiya, hakimiyyət boşluğu, ölkədəki hərc-mərclik böyük ənənəyə malik mətbuatın da sıradan çıxmasına yol açdı. Belə demək mümkündürsə, həm iqtisadi çətinliklər, həm də bürokratik əngəllər mətbuatın inkişafına mane olurdu. Hakimiyyətdə olan AXC-Müsavat qruplaşmasının mətbuat üzərində hərbi senzura tətbiq etməsi isə mətbuatı zəncirlənmiş şəkildə saxlamaqla yanaşı azad sözün inkişafının da qarşısını alırdı. Bütün bu çətinliklər isə həm də özünü birmənalı şəkildə insanların bu peşəyə olan münasibətində biruzə verirdi. Mətubat sahəsində işləmək istəyənlər ildən-ilə azalır, jurnalistika fakültəsində təhsil almaq istəyən gəncələrin sayı mənfi tendensiya ilə inkişaf edirdi.

Belə bir çətin dövrdə hakimiyyətə Ulu öndər Heydər Əliyevin gəlişi bütün sahələrə olduğu kimi mətbuatın da inkişafında əsaslı dönüş yaratdı. Ən əsası mediya sahəsində özünəinam, müstəqillik və demokratiya prinsipləri möhkəmləndi. Buun üçünsə sadəcə bir addım atmaq kiafyət idi. Ümummilli liderimiz Heydər Əliyev mətbuatın üzərində dövlət nəzarətini götürməklə, mətbğuatın inkişafına mane olan bürokratik çətinlikləri aradan qaldırmaqla müstəqil sözün inkişafına şərait yaratdı. Bu gün bəlkə də dünyanın az-az ölkəsində mətbu orqan yaratmaq prosesi Azərbğaycandakı kimi sadədir.

Qeyd etmək lazımdır ki, atılan bu əsaslı addımlar medianın, azad sözün inkişafında mühüm rol oynadığı kimi ictimaiyyətində bu sahəyə diqqətinin artmasına səbəb oldu. Artıq bu sahədə rəqabətin yaranması, peşəkarlıq səviyyəsinin artırlmasının əsas şərtlərdən birinə çevrilməsi, o cümlədən, iqtisadi çətinlilərin aradan qaldırılması insanların mətbuata diqqətini artırdı. Artıq bu sahədə çalışmaq üçün gənclər can atır və jurnalistikanın keçmiş nüfuzu özünə qayıdırdı. Prezident İlham Əliyev də Mətbuat şurasının yeni binasının açılışı zamanı bu məsələyə xüsusi olaraq toxundu və dövlət başçısı bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Bir neçə qəzet, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı: "Bir sözlə, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycanda azad mətbuat çox sürətlə inkişaf edirdi. Qeyd etdiyiniz kimi, 1998-ci ildə senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yəni bütün bunlar, bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır".

Təəssüf ki, ölkəmizdə azad sözün inkişafına yaradılan bu şəraitdən sui-istifadə etmək istəyənlər tapılır. Məhz yaradılan bu demokratik şəraitdən istifadə edənlər mətbuatdan öz şəxsi maraqları istiqamətində istifadə etməyə çalışdılar. Bu isə, ölkədə yeni bir mətbu bəla- "reket" jurnlistikasının yaranmasına yol açdı. Təbii ki, hüquqi dövlət olan Azərbaycan üçün bütövlükdə söz azadlığının inkişafı prioritetlərdən sayılır. O baxımdan bu bəla ilə mübarizə aparlıması çox vacib məsələlərdən sayılırdı. Mətbuat Şurasının bu problemə qarşı əsaslı mübarizəsi, belə çirkin fəaliyyətlə məşğul olanların siyahısını tərtib edərək ictimai qınağa çevrilməsinə şərait yaratması bu yolda olanların sayının kəskin şəkildə azalmasına və hətta onların sıradan çıxmasına imkan verdi. Qeyd etmək lazımdır ki, hədə-qorxu, şantaj yollarından istifadə edən bu insanlar cəmiyyətdə jurnalistikanı nüfuzdan salmağa çalışırdılar. Düzdür, buna nail olmasalar da, cəmiyyətin jürnalistikaya, jurnalistlərə münasibətində cüzi də olsa dəyişikliklərin baş verməsinin qarşısını almaq çətinlik törədirdi. Yəni, artıq jurnalistika fərqli rakursdan izah olunur, olduqca pis dəyərləndirmə ilə üz-üzə qalırdı. Prezident İlham Əliyev də "reket" jurnalistikasına qarşı mübarizədə ictimai qınağın əsas olduğun və bu problemə qarşı ümumi şəkildə mübarizə aparılmasının gərəkdiyini vurğulayıb: "Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır".

Prezident İlham Əliyevin 2005-ci ildə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi ilə bağlı Sərəncam mətbuata qarşı bu münasibətin kökündən dəyişməsində əsaslı rol oynadı. Daha sonra isə ard-arda mətbuatın inkişafına göstərilən diqqət və qayğı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafı Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondunun yaradılması medianın köhnə nüfuzunun bərpasında böyük əhəmiyyətə malik oldu. Prezident İlham Əliyev azad sözə yüksək dəyər verdiyini növbəti dəfə nümayiş etdirdi. Bu il, iyulun 22-də Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam bu mənada əlamətdarlığı ilə seçildi. Bundan başqa Prezident İlham Əliyevin jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin məişət problemlərinin aradan qaldırılmsı istiqamətində ilkin addım sayına, hələ də MDB ölkələrində analoqu olmayan sərəncamların imzalanması bu gün ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti ortaya qoydu. Jurnalistikaya göstərilən qayğı, qəzetlərin maddi-texniki bazanın möhkəmləndirilməsi gənclərin yenidən bu maraqlı, maraqlı olduğu qədər də çətin peşəyə maraq göstərməsinə yol açır. Bu gün jurnalistlər üçün evlərin tikilməsi ilə bağlı dövlət başçısı öz iradəsini ortaya qoyur. Atılan addımların davamlı olacağı isə dəqiqdir. Çünki Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkədə mətbuatın yüksək səviyyədə inkişafında maraqlıdır. Bütün bu addımlar isə medianın nüfuzunun qaytmasında əhəmiyyətli rol oynadı.

Təbii ki, hələlik Azərbaycan mətbuatında, onun inkişafında müəyyən problemlər mövcuddur. Amma davamlı dövlət qayğısı, Prezident İlham Əliyevin diqqəti bu problemlərin də həllinin uzaqda olmadığından xəbər verir. Ölkə başçısı Mətbuat şurasının yeni binasının açılışında da vurğulayıb ki, problemlərin həlli işində birgə fəaliyyət göstərmək lazımdır: "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə