"Azərbaycan Cümhuriyyəti – 100" adlı elmi əsərlər müsabiqəsi keçiriləcək QƏRAR
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Cümhuriyyəti – 100" adlı elmi əsərlər müsabiqəsinin keçirilməsi barədə qərar qəbul olunub.
SİA-nın xəbərinə görə, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müsabiqənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən təşkil ediləcəyini bildirib. Qeyd olunub ki, məqsəd ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək və gəncləri yeni elmi araşdırmalara cəlb etməkdir.
Müsabiqənin 35 yaşa qədər gənc tədqiqatçılar arasında keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB