Cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan SİA-nın Aran bürosuna verilən məlumata görə, bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan ŞPŞ-nə müraciət edib.
Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş 19 dekabr 2017 il tarixdə Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB