İlin sonunadək pensiya və müavinətlər ödəniləcək

İlin sonunadək pensiya və müavinətlər ödəniləcək

“Bu ilin sonunadək bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək”. SİA-nın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, proses qrafikə uyğun gedir: "Bu gün işğal altında olan rayonların və böyük şəhərlərdə yaşayan pensiyaçıların pensiyalarının ödənilməsinə başlanıb. Müavinətlərlə bağlı dünən sonuncu ödəmələrin aparılması üçün vəsait açılıb. Bu proses yekunlaşır. Pensiyalar da qrafikə uyğun olaraq aparılır. İşğal altında olan rayonların və böyük şəhərlərdən sonra respublikanın digər şəhər və rayonlarında yaşayanların pensiyaçıların pensiyalarının ödənişi həyata keçiriləcək. Sonda hərbi qulluqçusu kimi xüsusi rütbəli şəxslərin pensiyaçılarının pensiyaları maliyyələşdiriləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə