Bakıda "Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilir YENİLƏNİR
Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasıya Mərkəzinin birgə təşkilatçılığı ilə "Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və digərləri iştirak edir.
Konfransda ilk çıxış edən nazir Səlim Müslümov bildirib ki əmək bazarının çağırışların müəyyənləşdirilməsi dövrün əsas problemlərindən biridir: "Prezidentin sosial sahədə həyata keçirdiyi islahatlar bütün sahələrdə özünü göstərir. Bunu beynəlxalq təşkilatların hesabatında görmək mümkündür. Azərbaycanda formalaşan əmək bazarının tarixindən söz açan nazir söyləyib ki, əgər əvvəllər ailələrin başlıca gəlir mənbəyi iş sayılırdısa, sonradan məşğulluqla bağlı olmayan gəlirlər ortaya çıxdı".
Nazirin sözlərinə görə, əmək qabiliyyətli əhali müəyyən yaş kateqoriyasına aiddir: "Belə ki qanunvericiliyə əsasən, 15 yaşdan başlayaraq hər kəs əmək müqaviləsi ilə çalışa bilər. Azərbaycanda kişilər 63.5, qadınlar isə 60.5 yaşından pensiyaya çıxır".
"1990-cı illərin əvvəllərində əhalinin artım tempi azalmışdı. Lakin xalqın təkidi ilə Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışı nəticəsində vəziyyət tamamilə dəyişdi. 2003-cü ildən etibarən demoqrafik vəziyyət dəyişməyə başlayıb. Hazırda Azərbaycanı demoqrafiya baxımından sabit ölkə hesab etmək olar"- deyə, nazir qeyd edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB