Sonsuzluğun müalicəsi üçün müraciət faktı həkim sirrini təşkil edəcək. SİA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.
Yeni hazırlanan qanun layihəsində bildirilir ki, köməkçi reproduktiv texnologiyaları tətbiq etməklə sonsuzluğun müalicəsi üçün tibbi yardım məqsədi ilə müraciət faktı, ekstrakorporalmayalanmanın aparılması və embrionun köçürülməsi haqqında məlumatlar da həkim sirrini təşkil edir.
Qanun layihəsi Milli Məclisin payız sessiyasının işlər planına daxil edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB