86 min 326 ton pambıq təhvil verilib

86 min 326 ton pambıq təhvil verilib

Dekabrın 19-dək ölkə üzrə 203 min 676 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Ötən il dekabrın 19-dək qəbul məntəqələrinə 86 min 326 ton pambıq təhvil verilmişdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə