2017-ci il dekabrın 17-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və müxtəlif ali təhsil müəssisələrini bitirmiş şəxslərin nəticələri haqqında statistik məlumatları təqdim edirik. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, qeydiyyatdan keçmiş 3040 namizəddən 2703 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olmuşdur. Bu şəxslərdən 965 nəfər imtahandan uğurla keçmişdir.
Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları və ona uyğun olaraq dövlət qulluğuna qəbul imtahanından keçənlərin sayı, faiz göstəriciləri verilmişdir. Cədvəldən görünür ki, imtahandan uğurla keçənlərin faizi bal intervallarına mütənasib olaraq artır.
|
Bal intervalı |
Qeydiyyatdan keçib |
Test imtahanından uğurla keçib |
Faizlə (%) |
|
1-100 |
15 |
0 |
0.0 |
|
101-200 |
104 |
7 |
6.7 |
|
201-300 |
531 |
82 |
15.4 |
|
301-400 |
743
|
215 |
28.9 |
|
401-500 |
676 |
292 |
43.2 |
|
501-600 |
468 |
256 |
54.7 |
|
601-700 |
166 |
113 |
68.1 |
|
Yekun: |
2703 |
965 |
35.7
|
Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 337 nəfər ali təhsil müəssisələrinə TQDK-nın əmri ilə qəbul olmamışdır. Onlardan yalnız 25 nəfər imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 12 nəfər xarici təhsil müəssisələrini bitirib, 2 nəfər 1992-ci ilədək ali təhsil müəssisələrinə qəbul olub, 9 nəfər xarici təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülüb, 2 nəfərin isə ali təhsil müəssisələrinə qəbul olmaq haqqında məlumatları hazırda araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB