Mövcud sifariş və tələbatları nəzərə alaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları tərəfindən yeni metodiki vəsaitlər hazırlanıb.
SİA-nın məlumatına görə, Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən və qarşısında müəyyən olunmuş strateji hədəflərdən biri də məhz müxtəlif təyinatlı metodiki vəsaitlərin hazırlanmasından ibarətdir.
Belə ki, müxtəlif mövzuları əhatə edən doqquz metodiki vəsait çapdan çıxıb.
Onların arasında Toğrul Hidəyətzadənin “Mədəniyyət müəssisələrində İnternet və internet brauzerlərindən istifadə Qaydaları” adlı tövsiyəsində İnternet Explorer brauzerindən istifadə qaydaları və üsulları göstərilib.
Pərvanə Hüseynovanın “Heydər Əliyev Mərkəzlərində Ulu Öndər məfkurəsinin və Azərbaycançılıq ideologiyasının təbliği yollarına dair” adlı metodiki tövsiyəsində Ulu Öndərdən bizə qalan ideoloji təbliğat yolları göstərilib.
Müəllif Pakizə Almazovanın “Muzey əməkdaşlarının vəzifə öhdəliklərinə dair təlimat”ında muzeylərin iş strukturu və s. təqdim edilib.
İlahəxanım Qurbanova “Xalq teatrlarında tamaşanın hazırlanması prosesi” adlı metodiki tövsiyəsində Azərbaycan milli peşəkar teatrının öz ənənələrini xalq-meydan teatrlardan götürülməsindən və inkişaf etdirilməsindən söz açılıb.
Leyla Rzayeva və Mehriban Əliyevanın birgə hazırladıqları “Kamança ixtisasının tədrisinə dair” adlı metodiki tövsiyə uşaq musiqi və incəsənət məktəbləri üçün nəzərdə tutulub.
Müəlliflər Rauf İmanov və Zəbulla Quliyevin hazırladığı “Xanəndəlik ixtisası üzrə proqram” onbirillik musiqi məktəblərində istifadə olunacaq.
Rauf İmanov və Fariz Məmmədzadənın hazırladıqları “Saksofon sinfi üçün tədris metodikası və proqram” həm də saksofonun yaradılmasından, ifa texnikasından və metodikasından bəhs edir.
Etibar Nadiroğlunun “Aşıq sənətinin tədrisi və metodikasına dair” metodiki tövsiyəsi aşıq sənətinin xalqın mənəvi kamilliyinin təsdiqi və təşviqindən bəhs edən tədris vəsaitidir.
“Özfəaliyyət teatrında həvəskar aktyorlarla rejissor işi” adlı metodiki tövsiyədə Abdurahman Əmirxanov həvəskar aktyorla rejissorun arasında yaradıcı əməli qarşılıqlı əlaqələrdən bəhs edir.
Beləliklə, metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulmuşdur. Bütün vəsaitlərlə Mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB