Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 22-də saat 11.00-dan Oğuz şəhərində vətəndaşların qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında keçiriləcək qəbulda yalnız Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında dekabrın 21-də saat 09:00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiqləyən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB