BMT-nin Baş Assambleyasında Qüdslə bağlı təcili sessiya keçiriləcək
Fələstin BMT-nin Baş Assambleyasından Qüdsün statusu ilə bağlı xüsusi iclasın keçirilməsini tələb edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iclas bu həftə keçiriləcək.
Belə ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanıması qərarının ABŞ-ın tərəfindən bloklanmasına dair qətnamənin qəbul edilməsindən sonra Fələstinin BMT-dəki Daimi Müşahidəçisi Riyad Mansur və ərəb dövlətlərinin nümayəndələri BMT Baş Məclisinin sədri Miroslav Layçakınlə görüşüblər.
"Biz bir Qüdslə bağlı təcili yığıncaq keçirməklə bağlı istəyimizi ifadə etdik"- deyə, Mansur görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.
Söhbət " Sülh Birliyi" adılı təcili sessiyadan gedir. Hansı ki, burada Baş Assambleya BMT-nin üzvlərinə beynəlxalq sülh və təhlükəsizliyin qorunması və ya bərpası üçün kollektiv tədbirlər görmək üçün tövsiyələrini verə bilər" - deyə, Daimi Müşahidəçi qeyd edib.
Onun sözlərinə görə, sessiyada qətnamə qəbul olunacaq. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının bloklanmış qətnaməsi ilə eyni səviyyədə olacaq: " Ümid edirəm ki, layihə sessiya iştirakçıları tərəfindən dəstəklənəcək".i
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB