Folklor nümunələrindən kommersiya üçün istifadə haqqı dövlət tərəfindən tənzimlənəcək
“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı” genişləndirilib. SİA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunurb.
Dəyişikliyə görə, siyahıya aşağıdakı məzmunda 44-47-ci hissələr əlavə edilib:
44. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Azərbaycan Respublikası- nın Müəllif Hüquqları Agentliyinə ödədiyi illik haqq
45. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqq
46. Nəzarət markasının alınmasına görə haqq
47. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə görə haqq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə