Məhkəmə-Hüquq Şurası iki hakimin cəzalandırılması barədə qərar qəbul edib. SİA-nın xəbərinə görə, məhkəmə sisteminin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Azərbaycanda hakimliyə namizədlərin seçiminin ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilib, bu prosedurlarla 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunublar. 78 nəfər hakimliyə namizəd isə bütün imtahanları, o cümlədən bir ilədək davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq, hakim vəzifəsinə layiq biliniblər.
Eyni zamanda Məhkəmə-Hüquq Şurasında hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq fəaliyyətində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Lənkəran rayon məhkəməsinin hakimi Azər Səmədovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadova isə irad tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB