Nazir: “8 min yeniyetmə olimpiadada iştirak edib”

Nazir: “8 min yeniyetmə olimpiadada iştirak edib”

“Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində bir sıra layihələr reallaşdırır. Belə ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi artıq 5 ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Beş il ərzində 8 min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Gənc Alimlərinin I Qurultayında deyib.

Nazir rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli “İdeya var!” müsabiqəsi haqda da məlumat verib, bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Nazir gənc tədqiqatçı və alimlərin müəllifi olduqları əsərlərin çap edilməsinin, eləcə də beynəlxalq miqyaslı tədbirlərə qatılmaq üçün gənc alimlərə maliyyə dəstəyinin göstərilməsinin Gənclər və İdman Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələlərdən biri olduğunu bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə