Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, qəzet baş redaktorları və KİV nümayəndələri iştirak edib.
Toplantıda yubilyarın həyat və yaradıcılığından söz açılıb, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salınıb.
Qeyd edək ki, Esmira Yusuf qızı Cavadova 29 dekabr 1942-ci ildə Şəkidə anadan olub. 1960-1965-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-nun) təhsil alıb.
"Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” (1842-1907) mövzusunda namizədlik dissertasiyası işləyib, tarix elmləri namizədi elmi dərəcəsi alıb.
Bu tədqiqat H.B.Zərdabinin yaradıcılığına həsr olunan etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. Tədqiqat işi "Sətirlərdə döyünən ürək” adı ilə çapa gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB