Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Pakistanda anılıb

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Pakistanda anılıb

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycanın Pakistandakı səfirliyində anılıb. Səfirliyin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ümummilli lider Heydər Əliyevin ölkəmizin dövlətçilik konsepsiyasının banisi olduğu kimi, çoxşaxəli xarici siyasət strategiyasının da əsasını qoyan müdrik lider və dahi şəxsiyyət olduğunu vurğulayıb.

Səfir Heydər Əliyevin müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası əsasında müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlandığını, Azərbaycanın müasir dünyəvi dövlət kimi öz adını dünya dövlətləri sırasına yazdığını bildirib.

Əli Əlizadə Azərbaycanın Pakistanla yaxın dostluq və qardaşlıq əlaqələrinin yaradıcısının da məhz ümummilli lider Heydər Əliyevin olduğunu, onun müəyyən etdiyi siyasi kurs nəticəsində Pakistanla münasibətlərin daim inkişaf etdiyini diqqətə çatdırıb.

Diplomat bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın Pakistanla əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini vurğulayıb. Səfir ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərinin unudulmayacağını və onun əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə