Dekabrın 12-də Heydər Əliyevin vəfatının 14-cü il münasibətilə Lənkəranda ümumrayon anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə təzə-tər gül dəstələri düzüblər.
Daha sonra ayrı-ayrı idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri, sadə zəhmət adamları əllərində gül-çiçəklə abidənin önünə gələrək Heydər Əliyevin xatirəsini yad ediblər.
Tədbirin davamı olaraq Lənkəran Dövlət Universitetinin Böyük Akt zalında “Əbədiyaşar Ümummilli Liderimiz” adlı konfrans keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB