Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Gənclərin İntellektual İnkişafına Yardım” İ.B. tərəfindən “Gənc Sahibkarlar Məktəbi” layihəsini əsas təlim və görüşləri başa çatıb. Layihə çərçivəsində noyabr ayının 26-sı tarixində layihənin ən böyük tədbiri keçirilib. Layihənin əsas məqsədi gənclərdə sahibkarlıq vərdişlərinin inkişafı, sahibkarlığa marağın artırılması və gənclərin məşğulluq fəaliyyətin gücləndirilməsidir. Həmçinin də layihədə ekspert kimi dəvət olunan qonaqlar da əsasən gənc sahibkarlar idi. Sahibkarlar öz təcrübələrini paylaşmaqla bərabər iştirakçıların da suallarını cavablandırıblar.
Gənc Sahibkarlar Məktəbi daha 2 həftə davam edib və müxtəlif ekspertlər çıxışlar ediblər. Region gəncləri üçün belə layihə çox məhsuldar və effektivdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə, bu tipli layihələr Gənclərin İntellektual İnkişafına Yardım” İ.B. tərəfindən 2 il öncə də gənclər üçün də təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB