Azərbaycanda hər 12 nəfərdən biri qan xəstəliyinin daşıyıcısıdır - AÇIQLAMA

Azərbaycanda hər 12 nəfərdən biri qan xəstəliyinin daşıyıcısıdır - AÇIQLAMA
Bu gün Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (ASKA) USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə "Səhiyyə problemləri mediada" görüşlərindən növbətisini təşkil edib. SİA-nın xəbərinə görə, media nümayəndələri üçün keçirilən görüşün bu dəfəki mövzusu qan xəstəliklərinə həsr olunub.
Tədbirdə Elmi-Tədqiqat Gematologiya və Transfuziologiya İnstitutu Klinikasının baş həkimi, tibb elmləri namizədi İsgəndər Bağırov, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının prezidenti Nurlan Əliyev və assosiasiyanın əməkdaşı Zaur İbrahimov, Azərbaycan Qızıl Aypara Cəmiyətinin nümayəndəsi Mətanət Qaraxanova, Qan Donorları Assosiasiyasının prezidenti Fuad Əsgərov, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin kommunikasiya üzrə meneceri Jalə Əzizova və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Elmi-Tədqiqat Gematologiya və Transfuziologiya İnstitutu Klinikasının baş həkimi, tibb elmləri namizədi İsgəndər Bağırov Azərbaycanda qan xəstəliklərinin klinik-epidemioloji xüsusiyyətləri haqqında ətraflı məlumat verib. O bildirib ki, dünyanın bir tərkib hissəsi olaraq Azərbaycanda da qan xəstəliklərinin mövcud olduğunu söyləyib. O bildirib ki, Azərbaycanda irsi hemotolik anemiyalardan-talessemiya və eritrositlərin fermentopatiyası mövcuddur. Hazırda ölkədə 1600 nəfər böyük və intermedia formalı talassemiyadan müalicə aldığını deyən İ.Bağırov vurğulayıb ki, 800000 nəfər isə bu xəstəliyin daşıyıcısıdır. Eritrositlərin fermentopatiyasına gəlincə isə, bunlar ölkədə 500000 nəfər təşkil edir. Ümumilikdə Azərbaycanda hər 12 nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır və onların əksəriyyəti kişilərdir.

"Qazanılmış animiyalardan demirdefisitli anemiyalar daha çox yayılıb. Hamilə qadınların 40 %-ə qədərində bu xəstəliklər təsadüf edilir. Qan xəstəliklərindən ən mühümü isə onkohemotoloji xəstəliklərdir ki, bunlara da leykozlar və limfalar daxildir. Əgər xəstəlik sümük iliyində başlanarsa bunlar leykoz, digər orqanlardan başlanarsa bunlar limfalar adlanır. Leykozlar 2 cür olur-kəskin və xroniki olur. Kəskin leykoz nəticəsində sümük iliyi və qanda şiş hüceyrələri (plaz) aşkarlanır. Neft və onun məhsullar, şüalanma və digər bu kimi hallar bu xəstəliklərin yaranmasının əsas amillərindəndir. Hazırda leykozla müalicədə işlənilən müasir dərmanların protokol tam müalicə kursunun dəyəri təxminən 6-8 min ABŞ dolları məbləğindədir. Ancaq qeyd edim ki, onkoloji xəstəliklərdə son illərdə sağalma müşahidə olunub. Uşaqlarda 80-85%, böyüklərdə isə 80-85 faiz sağalma halları qeydə alınır. Qan xəstəliklərinə qarşı insanlar mütəmadi olaraq müayinələrdən keçməli, qida zamanı ət yeməkləri, qara çörək, təbii bal, banan yumurta kimi məhsullara üstünlük verməlidir".

Tədbirin davamında çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyəti Mətanət Qaraxanova "Qan xəstəlikləri ilə mübarizədə cəmiyyətin iştirakının rolu" mözusunda danışıb. O bildirib ki, qan donorları ilk dəfə Azərbaycan Qızıl Aypara Cəmiyəti tərəfindən təşkil olunub. Onun sözlərinə görə, cəmiyyət fəaliyyəti dövründə qan donorlarının hazırlanması, əhalinin bu istiqaməıtdə maarifləndirilməsi, qanvermə aksiyalarının təşkili istiqamətində mühüm işlər həyata keçirilib. M.Qaraxanova qeyd edib ki, son 3 ildə görülən işlər nəticəsində 13431 nəfər maarifləndirilib, 4051 nəfər isə könüllü olaraq qan verib.

Tədbirin davamında problemlə bağlı jurnalistləri maraqlandıran suallar ekspertler tərəfindən cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə