9 dekabr-Beynəlxalq Korrupsiya Qarşı Mübarizə günüdür

9 dekabr-Beynəlxalq Korrupsiya Qarşı Mübarizə günüdür

9 dekabr- Beynəlxalq Korrupsiya Qarşı Mübarizə günüdür. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə qeyd olunur. Belə ki, 2003-cü ilin bu tarixində Meksikanın Merida şəhərində həyata keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda iştirak edən ölkələr BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına qoşulmaq qərarına gəliblər.

Məlumata görə, sənədi imzalayan dövlətlər rüşvətxorluq, büdcə vəsaitlərinin mənimsənilməsi və korrupsiyanın əldə olunması kimi halları görə, məsuliyyət daşıyırlar. Sənədin müddəalarında qeyd olunur ki, ölkəyə korrupsiya şəklində daxil olan pul mütləq şəkildə geri qaytaılmalıdır. 2003-cü ildə qəbul olunan bu Konvensiya korrpsiya ilə bağlı ilk sənəd hesab olunur. Bu sənəd korrupsiyasının milli rifahına ziyan vuran ölkələr üçün xüsusilə vacibdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə