Qar və yağış çaylara da təsir etdi

Qar və yağış çaylara da təsir etdi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət aaçıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-145, Kiçik Qafqazın çaylarında 45-105, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 171 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla ongünlük normanın 126 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45,5 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 77 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 7 sm artıb, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 m (2016-cı il dekabrın 08-də 450 sm), Şirvanda 241 sm, Salyanda 192 sm (2016-cı il dekabrın 08-də 317 sm), Bankədə 191 sm (2016-cı il dekabrın 08-də 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2016-cı il dekabrın 08-də 167 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə