ADU-da Rusiya mərkəzinin açılışı olub

ADU-da Rusiya mərkəzinin açılışı olub

Azərbaycan Dillər Universitetində (ADU) Rusiya mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, açılış mərasimində ADU-nun rektoru Kamal Abdulla, Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndə heyəti və digər rəsmi qonaqlar iştirak edib.

K.Abdulla bildirib ki, bu mərkəz ADU və A.S.Puşkin adına universitetlər arasında layihələrin həyata keçirilməsi, əlaqələrin gücləndirilməsi baxımından vacib platforma olacaq.

Rus dilinin təhsil, karyera dili olduğunu vurğulayan Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun nümayəndələri isə deyiblər ki, bu mərkəz Azərbaycanda rus dilinin tədrisinə böyük kömək edəcək.

Oda da bildirilib ki, yaxın zamanlarda Puşkin adına İnstitutda Azərbaycan dili və mədəniyyətinin tədrisi məqsədilə Azərbaycan mərkəzi açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə