Türkiyədə Ümummilli liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Türkiyədə Ümummilli liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Türkiyədə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. SİA-nın məlumatına görə, bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu Ümummilli lider Heydər Əliyevin Türk dünyasının dahi şəxsiyyətlərindən biri olduğunu vurğulayıb.

Baş müşavir qeyd edib ki, Türkiyə ərazisində keçiriləcək anım mərasimləri Heydər Əliyevi, onun fəaliyyətini Anadolu insanına bir daha xatırlatmaq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə