Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat turu keçirilib. Məlumat turu Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər üçün təşkil olunub.
SİA-nın verdiyi xəbərə görə, məlumat turunda iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti haqqında təqdimat vasitəsi ilə missiyası və strukturu, Azərbaycanın ekoloji balansında rolu haqqında məlumat əldə ediblər. Daha sonra şöbələri ilə tanış olub, həyata keçirilən və planlaşdırılan layihə və proqramlarda, xüsusən, gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumat alıblar. Turun sonunda gəncləri maraqlandıran suallar cavablandırlıb.
Məlumat üçün qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə iqtisadiyyatının təbii sərvətlərə olan ehtiyyacının ödənilməsinə, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasının təmin edilməsinə, meşələrin mühityaradıcı, su mühafizəsi və digər təbii faydalı xüsusiyyətlərinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin, təbiət abidələrinin, komplekslərin və obyektlərin bioloji müxtəlifliyinin qorunub saxlanılmasına istiqamətlənmiş tədbirləri hazırlayır və həyata keçirir. Gənclərin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. Ətraf mühit sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, ətraf mühit problemlərinin səmərəli həlli yollarının tapılmasına gənclərin cəlb olunması və bu sahədə təlim-tədrisin təşviqi məqsədə uyğun hesab edilir.
Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək Milli Şuranın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”,“Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR),“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fonduna, Bakı Neft Emalı Zavodu və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat turları təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB