"Ölkəmizdə insan hüquqlarının qorunması prioritet sahədir"

"Ölkəmizdə insan hüquqlarının qorunması prioritet sahədir"

"Ölkəmizdəki ictimai-siyasi sabitlik insan hüquqlarının qorunmasına da əlverişli şərait yaradır". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkli, ombudsman Elmira Süleymanova deyib.

Ombudsman qeyd edib ki, ölkəmizdə insan hüquqlarının qorunması prioritet sahə elan olunub. Qısa müddətdə Azərbaycanda insan hüquqları ilə əlaqədar bir çox sənədlər qəbul edilib.

E.Süleymanova bildirib ki, fəaliyyətləri dövründə uşaqların hüquqlarının qorunması üçün təbliğat işləri aparılıb.

Ombudsman əlavə edib ki, gender bərabərliyinin təmini üçün yalnız hər hansı fakt üzrə deyil, ümumilikdə bütün hallara qarşı kompleks tədbirlər həyata keçirilməlidir. Belə tədbirlərin xüsusi əhəmiyyətinin olduğunu nəzərə çatdıran E.Süleymanova qeyd edib ki, Azərbaycanda indiyədək 11 amnistiya aktı qəbul edilib, 62 əfv sərəncamı imzalanıb, nəticədə on minlərlə insan azadlığa qovuşub.

Bütün xəbərlər Facebook səhifəmizdə