KİVDF KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. SİA-ya verilən məlumata görə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb:
№ |
İstiqamətin adı |
1. |
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu |
2. |
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi |
3. |
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması |
4. |
İctimai və dövlət maraqlarının müdafiəsi |
5. |
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
6. |
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi |
7. |
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması |
8. |
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
9. |
Azərbaycançılıq ideyasının təbliği |
10. |
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
11. |
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi |
12. |
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
13. |
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi |
14. |
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
15. |
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
16. |
Ekologiya və ətraf mühitin mühafizəsi |
17. |
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi |
18. |
Elm və təhsilin inkişaf etdirilməsi |
19. |
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi |
Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:
- müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən, səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər
(1 il müddətində)
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər
(6 ay müddətində)
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar;
Maliyyə yardımının şərtləri:
- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 60 000 (altmış min) manat müəyyən edilmişdir.
Hər KİV bir layihə təqdim edə bilər.
Sənədlər 2017-ci il dekabr ayının 8-dən 25-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Sənədlər Fonda şəxsən təqdim edilməlidir.
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində, çap və elektron variantda (CD diskdə, Times New Roman 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
№ |
Tələb olunan sənədlər |
Forması |
1. |
Layihə təklifi və fəaliyyət planı |
Çap formasında, 3 nüsxədə. Elektron formada (Times New Roman şriftində, diskdə). |
2. |
Ərizə forması (Layihənin istiqaməti göstərilməklə) |
Çap və elektron formada, diskdə. |
3. |
KİV-in müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd |
Surəti |
4. |
VÖEN |
Surəti |
5. |
KİV-in borcunun olmadığını təsdiq edən sənəd |
Bankdan arayış |
6. |
Redaksiya əməkdaşlarının sayı, layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri |
Çap və elektron formada |
7. |
KİV-in son 6 ayda satış və abunə yayımı haqda yayım orqanından sənəd |
Çap formasında (imzalanmış və möhürlənmiş) |
Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə
Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə
Telefon: 012 537 19 45; 012 537 19 41
info@kivdf.gov.az, kivdf.info@gmail.com
Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Reallıqlar fonunda PARADOKSALLIQ – TƏHLİL
Siyasət 17:46Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
İqtisadiyyat 17:02Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
Dünya 16:41Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə edib
İqtisadiyyat 16:35Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 16:33Haqq-ədalətin bərpa olunduğu tarixi gün TƏHLİL
Siyasət 16:24Kuba Prezidenti Rusiyada səfərdədir
Dünya 16:18Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 16:05“Barselona” Xavini qova bilər
İdman 15:41ABŞ İsrailə silah satışını təxirə salır
Dünya 15:18Faktiki hava açıqlanıb
Sosial 15:16Moody’s Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
İqtisadiyyat 15:07Baş Prokurorluq məlumat yayıb
Hadisə 14:59Neokolonializmə qarşı vahid mövqe
Siyasət 14:38Heydər Əliyev Fondunun quruculuq missiyası - TƏHLİL
Siyasət 14:29Rusiya hökuməti istefa verdi
Dünya 14:21Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb
İqtisadiyyat 14:21Çin anlaşmaya çalışır, bəs Avropa? - ANALİTİK
Siyasət 14:13AYNA-dan taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlanıb
İqtisadiyyat 13:43Azərbaycanın Baş naziri Türkiyədə rəsmi səfərdədir
Siyasət 13:40Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ
Sosial 13:32İrəvana səlib yürüşü - RAKURS
Siyasət 13:30Azərbaycan lideri Slovakiyaya səfərə dəvət olunub
Siyasət 13:25Azərbaycan-Slovakiya sənədləri imzalanıb
Siyasət 13:08Apreldə Bakı aeroportunda sərnişin axını 50 % artıb
İqtisadiyyat 13:03Azərbaycanda prokuror faciəli şəkildə ÖLDÜ
Hadisə 12:52Azərbaycanda dollara tələb 2 %-dən çox artıb
İqtisadiyyat 12:48Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8303 +0,03%
- GBP 2,1341 +0,07%
- RUB 0,0186 +0,54%