Ümummilli Liderin anım günü ilə əlaqədar yürüş keçirilib FOTOLAR

Ümummilli Liderin anım günü ilə əlaqədar yürüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş xatirə yürüşü keçirilib.

Yürüş iştirakçıları əvvəlcə mərkəzi meydana toplaşmış, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Onun xatirəsini böyük ehtiramla yad edərək, önünə gül dəstələri düzmüşlər.

Sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov "Azərbaycan tarixinin Heydər Əliyev epoxasının birinci və ikinci mərhələsi: respublikanın inkişafı, xilası və yüksəlişi" mövzusunda nitq söyləyib.

Yürüş iştirakçıları Pərişan Mahmudova və Valeh Salehov 5 dekabr 1981-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin İsmayıllıya səfəri zamanı olan görüşlərindən və Ulu Öndərin Azərbaycanın həyatındakı rolundan danışıblar. Azərbaycanın bugünkü dinamik inkişafa görə, Ulu Öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Yürüş Micana, Mücühəftarana və Ruşana doğru davam edib. Rayon mərkəzindən 18 kilometr məsafədə olan Ruşanda yürüş iştirakçılarını kənd sakinləri səmimiyyətlə qarşılayıblar.

Xatirə yürüşünə çıxanlar başlanğıc nöqtəsinə qayıdaraq, tədbirlərini başa çatdırıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə