Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən dumanlı və çiskinli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. SİA-nın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumatda bildirilir ki, sürücülər havanın dumanlı və çiskinli olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.
"Ümumiyyətlə bütün avtomobillər qış rejiminə hazır olmalıdır. Sürücülərə avtomobillərini mövsümi təkərlərlə təmin etmələri, qışa tam hazırlıqlı olmaları tövsiyə olunur" - deyə, məlumatda qeyd olunub.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, bu gündən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Rayonlarda isə qar proqnozlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB