... "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində
YAP Bərdə rayon təşkilatı «Hərəyə bir ağac əkək» kampaniyası çərçivəsində aksiya keçirib. Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə münasibətilə keçirilən aksiyaya YAP Bərdə rayon təşkilatının üzvləri fəal şəkildə qoşulublar.
YAP Bərdə rayon təşkilatının üzvləri rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus meşə zolağının 6 hektar ərazisində 6000 ədəd nar ağacı tingləri əkiblər. Ümumiyyətlə, oktyabr ayından etibarən Bərdə rayonu ərazisində yol kənarlarında, həmçinin şəhərin müxtəlif yerlərində 10 mindən çox ağac tingləri əkilib.
Aksiya gələn ilin yaz aylarına qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB