Xaçmazda 10 minə yaxın ting əkiləcək

Xaçmazda 10 minə yaxın ting əkiləcək

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə Xaçmaz rayonunda mart ayına kimi 10 minə yaxın ağac əkiləcək. Dekabrın 5-də keçirilən “Hərəyə bir ağac əkək” aksiyasında YAP Xaçmaz rayon təşkilatının 300-dən çox üzvü iştirak edib.

Kampaniya zamanı rayonun təbii şəraitinə uyğun olan meşə ağacları və meyvə tingləri əkilib. Aksiya Xaçmaz-Xudat yolunun kənarlarındakı yaşıllıq zolaqlarında aparılıb.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, partiyanın rayonda 9 min 500 üzvü var və onların hər biri bu aksiyaya qatılacaq.

Ağacəkmə aksiyası mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində növbəti ilin yaz aylarına qədər davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə