Telman İsmayılovla bağlı qəti QƏRAR

Telman İsmayılovla bağlı qəti QƏRAR

Keçmiş Çerkiz bazarının rəhbəri, iş adamı Telman İsmayılov cinayət törətməkdə qətiyyətlə ittiham olunub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

İş adamının qanunsuz silah alverində də ittiham olunur.

İstintaqa görə, İsmayılov ötən ilk iki iş adamı Vladimir Savkin və Yuriy Brılyevin ölümünü təşkil edib. Onun cinayəti qardaşları Rafiq və Vaqiflə planlaşdırıldığı və Mehman Kərimovun əli ilə həyata keçirdiyi deyilir. Belə ki, öldürülən hər iki iş adamının cəsədi ötən ilin may ayında Novorijskoe magistralında avtomobildə tapılıb. Hər iki iş adamı silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

İstintaqa əsasən, Rafiq İsmayılov Mehman Kərimovu və qətlə səbəb olan silahları gizlədib.

Hazırda Rafiq İsmayılov bə Mehman Kərimov həbsdədir. Bir müddət öncə isə Telman və Vaqif İsmayılov qardaşları barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib.

Rusiya İstintaq Komitəsi Çerkizov bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılovun “İnterpol” xətti ilə axtarışa verilməsi üçün Baş Prokurorluğa müvafiq materiallar göndərib.

Lakin Telman İsmayılov öz açıqlamasında ömür boyu cinayət hadisəsi törətmədiyini bildirib.

Media onun Fransadan siyasi sığınacaq istədiyini yazsa da, lakin onun vəkili bunu təkzib edib. Vəkil son üç ildə İsmayılovun Türkiyədə yaşadığını açıqlayıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 2015-ci ildə Forbes jurnalı Telman İsmayılovun 600 miyon dollarlıq sərvətə malik olduğunu açıqlamışdı. O, “Rusiyanın 200 ən zəngin biznesmenləri" reytinqində 144-cü yerdə qərarlaşmışdı. 2017-ci ildə iş adamının rəsmi müflis olduğu elan edilərək, əmlakları satışa çıxarılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə