Milli Məclisin deputatı Məlahət İbrahimqızı “İşdə qadın” mövzusunda keçiriləcək 2-ci Beynəlxalq zirvə görüşündə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Türkiyənin Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qadınların ictimai-siyasi həyatda rolu, onların sosial, iqtisadi sahələrdə fəallığının artırılması məsələləri müzakirə olunacaq.
Millət vəkili ölkəmizdə qadınlara olan münasibət, Azərbaycan qadınlarının müxtəlif sahələrdə əldə etdikləri uğurlar barədə yığıncaq iştirakçılarına məlumat verəcək.
Səfər dekabrın 6-da başa çatacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB