Özbək, qazax, qırğız, türkmən bunlar bir soydu...

Özbək, qazax, qırğız, türkmən bunlar bir soydu...

Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində “Türk dünyası şeir axşamı” tədbiri təşkil olunub. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə reallaşıb.

Şeir axşamında DGTYB-nin məsləhət şurasının sədri Əkbər Qoşalı çıxış edərək layihənin əhəmiyyətindən danışaraq bildirib ki, ədəbiyyat xadimlərinin dostluq və qardaşlığı xalqlar arasında anlaşmanın, dinc yanaşı yaşamanın, birliyin möhkəmlənməsinə töhfələr verir. O, türk gənclərinin birliyinin ədəbiyyatda əks olunduğunu, qarşılıqlı əlaqələrin genişlənməsinə öz töhfələrini verdiyini bildirib.

Milli Məclisin deputatı Qənirə Paşayeva türk əsilli bütün ziyalıların türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərmələrinin vacibliyindən danışıb:

“Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalı, gənclərimizin ortaq tarixi, keçmişi, mədəniyyəti, folkloru, milli-mədəniyyət abidələrimizi daha yaxşı öyrənməsinə çalışmalıyıq”.

Sonra tədbir bədii hissə ilə davam edib. Müxtəlif türk xalqlarını təmsil edən gənc yazarlar şeirlərini söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə