"ASAN Akademiya 2017" in bağlanış mərasimi keçirilib

"ASAN Akademiya 2017" in bağlanış mərasimi keçirilib

Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "ASAN Akademiya 2017" layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun X Qrant Müsabiqəsinin qalibi Fariz Quliyevin layihəsi “ASAN Akademiya 2017” Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gilan Holding"-in tərəfdaşlığı və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə baş tutub. Layihəyə ümumilikdə 1001 müraciət olub, cəmi 50 nəfər iştirakçı adını qazanıbdır.

Ümumilikdə təlimlər Natiqlik, Psixologiya, Biznes mühitində idarəetmə, İnnovasiya, Maliyyə kimi 5 proqram modulundan ibarətdir. Hər proqram modulunda 3 təlimçi olmaqla iştirakçılara 30-dan çox fərqli təlimlər tədris olunub. Əlavə olaraq iştirakçılar proqramlara uyğun 10-dək ekskursiyada iştirak ediblər. Tədbirin sonunda Akademiyanı uğurla bitirən iştirakçılar diplomla təltif ediliblər.

Qeyd edək ki, “ASAN Akademiya” layihəsi “ASAN Könüllüləri” Təşkilatı tərəfindən 2014-cü ildən etibarən artıq 4-cü dəfədir ki, həyata keçirilir. Bu günə qədər həyata keçirilmiş 3 “ASAN Akademiya” layihəsinə ümumilikdə 1500-dən çox gənc müraciət edib və onlardan yalnız 150 nəfəri bu layihənin iştirakçısına çevrilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə