Gəncə şəhərində qışa hazırlıq tədbirləri yekunlaşıb və istiliklə bağlı heç bir çətinlik olmaycaq. Azəristilik ASC-nin Gəncə İstilik İstismarı Sahəsinin rəisi Araz Məmmədov SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən adıçəkilən qurumun balansında olan bütün qazanxanalar işlək vəziyyətdədir.
Qeyd edək ki, hazırda Gəncə İstilik İsitismarı Sahəsinin balansında 20 qazanxana var. Bunlardan 5 xəstəxanada, 6-sı məktəb, 4 məktəbəqədər tərbiyyə müəssisələrində quraşdırılıb. Bundan əlavə Yeni Gəncə yaşayış massivində inşa edilən 9 mərtəbəli 81 bina və qaçqın şəhərciyi də Gəncə İstilik İstismarı Sahəsi tərəfindən istiliklə təmin olunur.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB